Yaponiya miqrantlara qapılarını açdı

Yaponiya miqrantlara qapılarını açdı
  26 Yanvar 2014    Oxunub:1261
Yaponiyada 2020-ci il Olimpiya Oyunları üçün obyektlərin inşasına xarici işçi qüvvəsi tələb olunur.
AzVision.az xəbər verir ki, Yaponiyanın hökumət strukturları bəyan edib ki, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün obyektlərin inşasına xarici işçi qüvvəsi lazımdır.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Şuqa deyib ki, “Ölkənin tikinti sənayesində iş yerləri ixtisar olunur. Bu boşluğu doldurmaq üçün təcili olaraq xarici işçi qüvvələrinin cəlb edilməsi məqsədilə tədbirlər görülməlidir. Düşünürəm ki, biz cari ilin sonunadək lazım olan qədər işçi qüvvəsi cəlb edə biləcəyik”.

Aparılan hesablamalara görə, Yaponiyaya 2020-ci ilin Yay Olimpiya oyunları üçün stadionların və idman meydançalarının inşasına təqribən 25 min işçi lazımdır. Yaponiya Əmək Nazirliyindən bildiriblər ki, ölkənin tikinti sektorunda işçi qüvvəsinin kəskin çatışmazlığı hiss olunur. 2013-cü ilin noyabrında aparılan sorğunun nəticələrinə görə, tikinti şirkətlərinin yalnız 3 faizi kifayət qədər işçi qüvvəsinə malik olduğunu bildirib. Şirkətlərin 48 faizi isə işçi qüvvəsinin çatışmadığını qeyd edib.

2012-ci ildə Yaponiyanın tikinti sektorunda 5 milyon 30 min insan çalışıb. Yaponiyanın torpaq, infrastruktur və nəqliyyat naziri Akihiro Otanın bildirdiyinə görə, bu sahədə işçilərin sayının 1997-ci ildəki ən yüksək hədd ilə müqayisədə 1,2 milyon nəfər azalması, əhalinin qocalması və doğumun azalması kimi göstəricilərlə bağlıdır.


Teqlər:  





Xəbər lenti