Ötən il 650-dən çox qeyri-yaşayış sahəsi icarəyə verilib

Ötən il 650-dən çox qeyri-yaşayış sahəsi icarəyə verilib
  26 Yanvar 2014    Oxunub:1634
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarə qanunvericiliyinə uyğun olaraq daşınmaz dövlət əmlakının, o cümlədən qeyri-yaşayış və torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi istiqamətində tədbirlər davam etdirilib.
AzVision.az xəbər verir ki, komitədən AzərTAc-a bildiriblər ki, hesabat ilində 650-dən çox qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Əvvəllər bağlanılmış və müqavilə müddəti başa çatmış 720-dən çox obyekt üzrə icarə müqaviləsinin müddəti uzadılmış, 260-dan çox icarə müqaviləsi ləğv edilib.

Eyni zamanda, icarə haqlarını ödəməyən 250-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilmişdir. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 190-dan çox iddia ərizəsi verilmiş və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilmişdir. Həmçinin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 570-dən çox icarə müqaviləsi bağlanılıb.

Əvvəllər bağlanılan və müqavilə müddəti başa çatan 60-dan çox obyekt üzrə icarə müqavilələrinin müddəti uzadılıb və müxtəlif səbəblərdən 425-ə yaxın icarə müqaviləsinə xitam verilib. Eyni zamanda, icarə haqlarını vaxtında ödəməyən 30-a yaxın obyektin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İcarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə iddia ərizəsi göndərilib.


Teqlər:





Xəbər lenti