ATİB-in ofisində görüş

ATİB-in ofisində görüş
  28 Yanvar 2014    Oxunub:1249
ATİB-in ofisində Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri ilə görüş keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata ilə görüş təşkil edilib.

Birliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşün məqsədi miqrasiya, qanunvericilik ilə əlaqədar gündəlik mövzular, Dövlət Sosial Müdafiə Fondu və digər məsələlər barədə ATİB üzvlərini məlumatlandırmaq olub.

Görüş canlı diskussiya, aktual mövzularla bağlı sual-cavab əsasında davam edib.

Səfirliyin müşaviri Namık Ata bildirib ki, bugünkü səmimi görüş Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.


Teqlər:





Xəbər lenti