114 obyektdə epidemiya əleyhinə rejim pozulub

114 obyektdə epidemiya əleyhinə rejim pozulub
  12 Sentyabr 2020    Oxunub:3090
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, sentyabrın 10-da keçirilən monitorinqlər zamanı Sabunçu rayonunda Əbil Nəsirova məxsus meyvə-tərəvəz mağazasında, “Dokta” MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda “Coffeemania” iaşə obyektində, “Marlin gözəllik salonu”nda, Nəsimi rayonunda “U-Tani restoran”da, “Salxım kafe”də, “Körpü kafe”də, “İlqar əminin basdırma dönəri”ndə, “Badam çay evi”ndə, Binəqədi rayonunda “Tural market”də, “Hollywood restoranı”nda, “Antrikot kafe”də, “Vimay-Med tibb mərkəzi”ndə, Nizami rayonunda “Best ərzaq mağazası”nda, “Məkan ərzaq mağazası”nda, “Park mall geyim mağazası”nda, “Beercode pub”da, “Biz bizə restoran”da, “Zeytun aptek”də, Qaradağ rayonunda Bəxtiyar Məmmədova məxsus kafedə, Ceyhun Əzizova məxsus mağazada, Xəzər rayonunda “Hovuz market”də, Atif Fərziyevə məxsus “Dam örtükləri mağazası”nda, İsrafil Rzayevə məxsus “Məktəbli ləvazimatı” mağazasında, Suraxanı rayonunda “Gülay market”də, “Oba market”də, “Azad kafe”də, Atakişi Şahbazova məxsus telefon dükanında, Yasamal rayonunda “Gəncə məhsulları mağazası”nda, “Dönəriyyə dönərxana”da, Səbail rayonunda “Teleqüllə restoran”da, “Beyran restoran”da, “Pizza inn kafe”də, “Bül bül kafesi”ndə, Nərimanov rayonunda “Adentta” MMC-yə məxsus “Mağaza-Anbar”da, “Vinni kulinariya” iaşə obyektində, Sumqayıt şəhərində “Şahin inşaat mağazası”nda, “Aytac market”də, Məlahət Məmmədovaya məxsus “Qadın bərbərxana xidməti”ndə, Abşeron rayonunda “Limon market”də, Şahin Niftaliyevə məxsus “Toxum, gübrə və xırdavat mağazası”nda, “İstanbul malları” mağazasında, ümumilikdə, 114 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Nazirlik   Yoxlama  





Xəbər lenti