Növbəti KTMT sammiti Qırğızıstanda keçiriləcək

Növbəti KTMT sammiti Qırğızıstanda keçiriləcək
  28 Noyabr 2024    Oxunub:337
2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti Qırğızıstanın ev sahibliyi ilə keçiriləcək.
AzVision.az xəbər veir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov KTMT-yə üzv ölkələrin dövlət başçılarının iştirak etdiyi iclasda bildirib.

"Növbəti sammiti səbirsizliklə gözləyirik. Bu, 2025-ci ildə Qırğızıstanda keçiriləcək. Bizim üçün bu, KTMT-yə üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və kollektiv təhlükəsizlik məsələlərini müzakirə etmək üçün mühüm bir hadisədir", — Sadır Japarov bildirib.

Prezidentin sözlərinə görə, KTMT regional təhlükəsizlik və sabitliyin təmin olunması üçün əsas mexanizm olaraq qalır.

"Əminik ki, KTMT çərçivəsində sıx əməkdaşlıq müasir çağırış və təhdidlərə effektiv cavab verməyə, bölgəmizdə sülh və sabitliyi təmin etməyə kömək edir", — deyə o vurğulayıb.

S.Japarov həmçinin, Qırğızıstanın təşəbbüslərini dəstəklədiklərinə görə üzv ölkələrə təşəkkür edib və beynəlxalq terrorizm, ekstremizm və digər təhdidlərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Bu təşkilat üzv dövlətlər arasında kollektiv müdafiə prinsiplərinə əsaslanır və regional təhlükəsizliyin təmin olunmasında mühüm mexanizmlərdən biri hesab olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti