"Aİ ölkələri Netanyahunu həbs etməyə borcludurlar" - Borrel

   "Aİ ölkələri Netanyahunu həbs etməyə borcludurlar"    - Borrel
  26 Noyabr 2024    Oxunub:289
"Avropa İttifaqı(Aİ) ölkələri Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarı ilə İsrailin baş naziri Benyamin Netanyahunu həbs etməyə borcludurlar. Əks halda bu, ikili standartların təzahürü olacaq".
Bu fikri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel deyib.

Knaysl: “Putini həbs etmək olar, Netanyahunu isə yox”
“ICC-nin orderi alternativ sayılmır, bu, öhdəlikdir.. Siz Rusiya prezidenti Vladimir Putinə qarşı orderi dəstəkləyə və Netanyahuya qarşı eyni sənədi rədd edə bilməzsiniz. Bunlar Aİ-nin dünyada tez-tez tənqid olunduğu ikili standartları sayılacaq”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Borrell bildirib ki, ICC-nin İsrailə dair məlum iş üzrə hərəkətləri siyasi xarakter daşımır. Ona görə də bütün Aİ-yə üzv olan ölkələr məhkəmənin qərarına hörmət etməli və onu həyata keçirməlidir.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu ilə yanaşı İsrailin müdafiə naziri Yoav Qallantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib. Bu səbəbdən məhkəmə onların həbsinə order verib.

Borel Netanyahu və Qalantla bağlı həbs qərarından sonra sənədi dərhal dəstəkləmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Borrel   Həbs   İsrail  





Xəbər lenti