ABŞ Quama ilk "Virciniya" sinifli nüvə sualtı qayığını yerləşdirdi

 ABŞ Quama ilk "Virciniya" sinifli nüvə sualtı qayığını yerləşdirdi
  27 Noyabr 2024    Oxunub:382
ABŞ-nin ilk "Virciniya" sinifli nüvə sualtı qayığı Quam adasındakı limana gəlib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının bəyanatında məlumat verilib.

Qeyd edilib ki, "Virciniya" sinifli "Minnesota" hücum sualtı gəmisinin (SSN 783 USS Minnesota) yerinin dəyişdirilməsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Asiya-Sakit okean regionunda yerləşdirilməsi üzrə strateji plan çərçivəsində həyata keçirilib.

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub
"Hind-Sakit okean regionunda təhlükəsizlik mühiti ABŞ Hərbi Dəniz Qüvvələrindən özünün ən bacarıqlı bölmələrini əsas planda yerləşdirməyi tələb edir. Bu, ön mövqe birgə dəniz əməliyyatları üçün çevikliyi təmin edir və irəlidəki bölmələr təcavüzün qarşısını almaq, regionda sülhü, rifahı təşviq etmək üçün opertiv reaksiyalar verməyə hazırdır”, - bəyanatda qeyd edilib.

Sualtı qayığın komandiri İsaak Pelt isə bunları deyib: “Ekipaj üzvləri bizim strateji məqsədlərimizə nail olmaq və Sakit Okeanda döyüş hazırlığına töhfə verməyə hazırdırlar”.

Qeyd edək ki, "Minnesota" "Virciniya" sinifli 10-cu sualtı qayıqdır. O, 2013-cü ilin sentyabrında istismara verilib. Ekipaj təxminən 140 nəfərdən ibarətdir. Əvvəllər sualtı qayıq üçün əsas liman ABŞ-nin Pearl Harbor-Hikkam birgə hərbi bazası olub.
Quam isə Birləşmiş Ştatların qeyri-korporativ mütəşəkkil ərazisi statusuna malikdir. Ada Çin sahillərindən 2,9 min km məsafədə yerləşir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ  





Xəbər lenti