HƏMAS: "Biz də atəşkəsə hazırıq"

      HƏMAS:    "Biz də atəşkəsə hazırıq"
  27 Noyabr 2024    Oxunub:306
İsrail və Livan "Hizbullah"ının bir ildən artıq çəkən toqquşmalara bu gecədən etibarən son qoyub atəşkəsə razılıq verməsi fonunda Fələstinin HƏMAS terror təşkilatı da Qəzza zolağında silahı yerə qoymağa hazır olduğunu dilə gətirib.
Bu barədə qruplaşmanın adı çəkilməyən ali rütbəli nümayəndəsi "AFP" agentliyinə açıqlamasında danışıb. O, Livanda İsrail və "Hizbullah" arasında razılaşdırılan atəşkəsdən məmnunluğunu diqqətə çatdırıb.

"Misir, Qətər və Türkiyədəki vasitəçilərə bildirmişik ki, HƏMAS da atəşkəs və əsir mübadiləsi üzrə tutarlı razılaşmaya hazırdır", - o deyib.

Digər tərəfdən, İsrail tərəfinin isə əvvəlcə əsirlərlə bağlı tələblərin yerinə yetirilməsini istədiyi bildirilir.
İsrail və Livan arasında atəşkəs artıq qüvvəyə minib

Xatırladaq ki, dünən axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla səhər saat 04:00-da qüvvəyə minib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   İsrail   atəşkəs   danışıqlar  





Xəbər lenti