Mənzillərin səyyar qeydiyyatı davam edir

Mənzillərin səyyar qeydiyyatı davam edir
  14 Sentyabr 2020    Oxunub:2163
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 14-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, sentyabrın 16-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41B ünvanında, sentyabrın 18-də isə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 657 ünvanında keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Azvision.az -a bildirilib ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 16 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Azvision.az


Teqlər: Mənzil   Qeydiyyat  





Xəbər lenti