Muzdlu işçilərin orta aylıq maaşı 715 manat oldu

Muzdlu işçilərin orta aylıq maaşı 715 manat oldu
  14 Sentyabr 2020    Oxunub:3173
Bu ilin avqustun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2% artaraq 1 681,2 min nəfər olub, onlardan 909,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 771,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, muzdla işləyənlərin 19,5%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i tikinti, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7% artaraq 715,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti