Bölgələrə turist axını: “Otellərdə boş yer qalmayıb”

  Bölgələrə turist axını:  “Otellərdə boş yer qalmayıb”
  16 Sentyabr 2020    Oxunub:3794
Sentyabrın 8-dən şəhərlərarası nəqliyyatın hərəkətinə icazə verilməsi, eyni zamanda otellərin fəaliyyətinin bərpa edilməsi bölgələrə turistlərin axınına səbəb olub.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, ötən şənbə-bazar günlərində regional otellər tam dolu olub: “Ən çox axın Şamaxı, Quba, Qəbələ və Şəki istiqamətlərinədir. Bu istiqamətlərdə otellərdə sıxlıq müşahidə olunub. Hazırda dərslər başlayıb. Növbəti həftələrdə vəziyyətin necə olacağını bilmirik. Lakin start yaxşı verildi. Otellərin böhranın davam etməsinə baxmayaraq, az da olsa gəlir əldə edib, xərclərini ödəməsi yaxşı olardı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Otel   Turizm  





Xəbər lenti