Ermənistan vətəndaşı Tovuzda ələ keçirildi - YENİLƏNDİ
Bu barədə AzVision.az saytına Əlibəyli kəndinin bələdiyyə sədri Şahvələd Əliyev məlumat verib.
Onun sözlərinə görə, 1 saat əvvəl, təxminən 15:30 radələrində sərhəddən Əlibəyli kəndinə keçən mülki erməni kənd sakinləri tərəfindən tutublar.
“Bir saat əvvəl bir Ermənistan vətəndaşı sərhədi keçib, kəndə daxil olub. Heyvan otaran kəndlilər onu saxlayaraq, hərbiçilərə təhvil verilblər”,-deyə bələdiyyə sədri qeyd edib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyət gərginləşib. Gün ərzində 200-ə yaxın atəşkəs pozulur.
Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.
Nazirlik rəsmisi qeyd edib ki, bununla bağlı əlavə məlumat veriləcək.
Sevinc İltifatqızı