Valideynləri boşanmış insanların insult riski 61% artır

   Valideynləri boşanmış insanların insult riski 61% artır
  23 Yanvar 2025    Oxunub:357
Kanada və ABŞ-dən olan beynəlxalq alimlər qrupu tərəfindən aparılmış bir araşdırmaya görə, insanın uşaqlıqda valideynlərinin boşanmasının şahidi olmaq, sonrakı həyatda insult riskini əhəmiyyətli dərəcədə artırır.
AzVision.az xəbər verir ki, bu tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.

Tədqiqatda 13.205 nəfər amerikalının məlumatları təhlil edilib. Bu şəxslərin 13,9%-i uşaqlıqda valideynlərinin erkən boşandığının şahidi olub. Alimlər siqaret çəkmək, fiziki hərəkətsizlik, aşağı gəlir, diabet, depressiya və sosial dəstəyin azlığı kimi insultla əlaqəli əsas risk faktorlarını nəzərə alsa belə, valideynləri boşanmış şəxslərdə insult keçirmə
46 min nikah, 19 min boşanma - Statistika
ehtimalının hələ də 61% daha yüksək olduğunu müəyyən ediblər.

Onlar valideynlərin boşanması ilə insult arasındakı əlaqənin səbəblərinin hələ tam aydın olmadığını qeyd ediblər. Alimlərin fikrincə, bu təsir həm bioloji, həm də sosial amillərin birləşməsindən qaynaqlana bilir. Məsələn, uşaqlıqda yaşanan emosional stress, ailə strukturlarındakı dəyişikliklər və sosial dəstəyin azalması kimi faktorlar bu riskin artmasında rol oynayır.

Bundan əlavə qeyd edək ki, boşanma, uşaqlarda özünəinamın azalması kimi problemə səbəb ola bilər. Xüsusilə, bu cür uşaqlar özlərini tərk edilmiş və ya günahkar hiss edirlər ki, bu da onların psixoloji vəziyyətlərinə ciddi zərbə vurur.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   insult   boşanma  





Xəbər lenti