İcbari Sığorta Bürosu 1000 nəfərə kompensasiya verdi

İcbari Sığorta Bürosu 1000 nəfərə kompensasiya verdi
  18 Sentyabr 2020    Oxunub:2791
Mərkəzi Bankın qərarı ilə "Standard Insurance" sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilib və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minib. Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlayıb və bir gün ərzində təqribən min nəfər şəxsə kompensasiya ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan Azvision.az -a verilən məlumata görə, ödənişlərin toplam məbləği təqribən 800 000 manat təşkil edib.

Sığorta məhsullarının istehlakçılarının hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin hazırlanıb.

Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində Qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilib.

Azvision.az


Teqlər: Sığorta  





Xəbər lenti