Bəzi mallar gömrük rüsumundan azad edildi |
Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini cəlb edib, buna görə kosmetik vasitələr kimi bəyan olunan malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınıb. Baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan kosmetik vasitə yüklərinin arasında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilmiş müxtəlif adda 1307 qutu maz-kremlər, 420 qutu dərman vasitələri, 769 ədəd stomatoloji ləvazimatlar aşkar edilib.
Hazırda faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmaqla qeyd olunan dərman vasitələri və stomatoloji ləvazimatlardan ibarət malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Azvision.az