Naxçıvanda pensiya ödəmələrinə 14,6 milyon xərclənib
Fond tərəfindən ötən ay əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilib, pensiya ödənilməsinə 14 milyon 627 min manat, sosial sığorta ödəmələrinə isə 418 min manat vəsait xərclənib.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 8 milyon 102 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 32,3 faiz çoxdur.
Həmçinin, pensiya hüququ yaranan 102 vətəndaşa əmək pensiyası təyin edilib. Bunlardan 56-sı yaşa görə, 8-i əlilliyə görə, 38-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Pensiya təyin olunan vətəndaşların 46 nəfəri kişi, 56 nəfəri isə qadındır.
Fərdi uçot sistemində də işlər davam etdirilib və yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 153 ədəd ərizə forması elekton imza vasitəsilə sifariş verilib.
Azvision.az