Naxçıvanda 1097 km-lik yol yenidən qurulub, 69 körpü tikilib
Bildirilib ki, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək şəhəri-Nehrəm qəsəbə-Arazkənd dairəvi avtomobil yolu, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və digər avtomobil yolları yenidən qurulub.
Ümumilikdə, 1 yanvar 2010-cu ildən 2019-cu ilin sonuna muxtar respublikada 1097 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövrdə 69 körpü tikilib və ya yenidən qurulub, 27 körpü isə təmir olunub.
Anar Kəlbiyev
Azvision.az