Bakı Media Mərkəzinin rejissoru “Qızıl mükafat” aldı
Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" tanıtım filmi də Beynəlxalq Turizim Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü. Həmin qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.
Beynəlxalq Turizim Filmləri Festivalında qalib gələn “My Country-Azerbaijan”- “Mənim Ölkəm- Azərbaycan” tanıtım filminə siz Bakı Media Mərkəzinin rəsmi səhifəsində izləyə bilərsiniz.
Azvision.az
Teqlər: BakıMediaMərkəzinin