“Azəriqaz” vətəndaşın problemini həll etdi

“Azəriqaz” vətəndaşın problemini həll etdi
  22 Sentyabr 2020    Oxunub:2933
“Azəriqaz” İstehsalat Birliyi vətəndaşın problemini həll edib.
Birlikdən Azvision.az -a bildirilib ki, Bakının Səbail rayonunda qeydiyyatda olan vətəndaş Nağıyev Əli Rafil oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini “Azəriqaz” dərhal təmin edib. Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – “Neftçilər Günü” peşə bayramı ilə bağlı “Azəriqaz” İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.

Qeyd edək ki, Ə.Nağıyev hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti