Naxçıvanda 119 milyondan çox kredit verilib

Naxçıvanda 119 milyondan çox kredit verilib
  24 Sentyabr 2020    Oxunub:1811
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 119 milyon 399 min 400 manat məbləğində kreditlər verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu, bir il öncəki göstəricidən 1,5 dəfə çoxdur. Verilmiş kreditlərin 13 milyon 879 min 100 manatı və yaxud 11,6 faizi qısamüddətli, 105 milyon 520 min 300 manatı və yaxud 88,4 faizi isə uzunmüddətli kreditlər olub.

Azvision.az


Teqlər: Naxçıvan   Kredit  





Xəbər lenti