Regionlarda kredit problemi - Səbəb nədir?

 Regionlarda kredit problemi -  Səbəb nədir?
  24 Sentyabr 2020    Oxunub:2926
Regionların bank kreditlərinə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Mərkəzi Bankın statistikasına görə, 14 milyard 204 milyon manatlıq kredit qoyluşunun 11 milyard 482 milyon manatı Bakının payına düşür. Bu, o deməkdir ki, kredit portfelinin 80 faizdən çoxu paytaxtda təklif olunur.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, banklar hər 100 manat kreditdən yalnız 20 manatını Bakıdan kənarda yaşayan vətəndaşlarımıza və sahibkarlara təqdim edir.

"Bu disproporsianallığın əsas səbəbi regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olması və paytaxt ilə region arasında rəsmi əmək haqqı məbləğində 2 dəfəyə yaxın fərqin olmasıdır. Eyni zamanda, təəssüf ki, bankların əksəriyyəti regionda daha çox kredit təklif etməkdə maraqlı görsənmirlər. Bu baxımdan, təklif edirik ki, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən yeni girov mexanizmi hazırlansın və eyni zamanda bir sıra kreditlər, xüsusən də ipoteka kreditləri üçün differensial dərəcələr müəyyənləşdirilsin. Məsələn, regionlarda sosial və adi ipoteka kreditlərində daha aşağı faiz dərəcələrinin tətbiqi imkanları var. Bunlar regionlarda yaşayan vətəndaşlarımızın kreditlərə çixiş imkanlarını artıra bilər".

Azvision.az


Teqlər: Kredit   Deputat  





Xəbər lenti