“Prezident Heydər Əliyev” tankeri əsaslı təmir olunub
Bununla belə, “Prezident Heydər Əliyev” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi ASCO-nun Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Azvision.az
Teqlər: ASCO Heydər-Əliyev Gəmi