Şamaxıda qazlaşma səviyyəsi 97%-i ötüb

Şamaxıda qazlaşma səviyyəsi 97%-i ötüb
  26 Sentyabr 2020    Oxunub:3612
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bu günlərdə dövlət sifarişi ilə qazlaşdırılması həyata keçirilən daha bir yaşayış məntəqəsinə qaz açılışı təmin olunub
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, Şamaxı rayonunun Qaleybuğurd kəndinə qaz çəkilişi tamamlanıb. 153 abonenti olan Qaleybuğurd kəndində qazlaşdırma işlərinin həyata keçirilməsi üçün birpilləli sistem əsasında müxtəlif diametrli 12 877 metr uzunluqda polad boru vasitəsi ilə daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bununla da Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri başa çatdırılıb və qazlaşma səviyyəsi bu gün üçün 97%-dən bir qədər artıq təşkil edir. Rayonda 21 303 abonent təbii qazdan istifadə edir. Şamaxı rayonu üzrə qazlaşdırılmayan 11 yaşayış məntəqəsi qalır ki, bundan da hal-hazırda üçündə qaz çəkilişləri davam etdirilir.

Azvision.az



Teqlər: Azəriqaz   Şamaxı  





Xəbər lenti