Mİngəçevirdə məktəb yandı

Mİngəçevirdə məktəb yandı
  30 Yanvar 2014    Oxunub:1293
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Mingəçevir şəhərində ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanıb.

Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti