Təhsil Nazirliyinə 2789 şikayət daxil olub

Təhsil Nazirliyinə 2789 şikayət daxil olub
  30 Yanvar 2014    Oxunub:1331
Bu gün Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AzVision.az-ın məlumatına görə, konfransda Bakı Dövlət universitetinin prorektoru İradə Əliyeva, İqtisad universitetinin prorektoru Damət Bağırov, Bakı Slavyan universitetinin tədris işləri üzrə prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb universitetinin tədris işləri üzrə prorektoru Nəsimi Qasımov, Azərbaycan Pedaqoji universitetinin prorektoru Malik Cəbrayılov, Təhsil Nazirliyinin elm-ali tədris şöbəsinin müdiri Yaqub Piriyev iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, 2013-cü ilin 25 dekabr tarixndən bu günədək Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2789 müraciət daxil olub.

Bildirilib ki, daxil olan müraciətlər məlumat və şikayət xarekterlidir.

Şikayət xarakterli müraciətlər diplomların geçikməsi, təhsil haqqı, müxtəlif ixtisaslarla bağlı olub.

Nİhadə Eyyubova


Teqlər:  





Xəbər lenti