`Günəşli` yatağında quyu istismara qaytarıldı

`Günəşli` yatağında quyu istismara qaytarıldı
  01 Fevral 2014    Oxunub:1482
“Günəşli” yatağındakı 305 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fondda olan fəaliyyətsiz quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, yatağın işlənməsini həyata keçirən “28 May” neft-qaz çıxarma idarəsində bu istiqamətdə ciddi tədbirlər görülür.

Görülən tədbirlərin nəticəsində “Günəşli” yatağındakı 14 nömrəli özüldə 305 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu fasilə lay dəstəsindən 2890-2875 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 90 ton neft, 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edildi.


Teqlər:





Xəbər lenti