“Ermənistanda yeni iqtisadi böhran yaşanacaq” - Vüqar Bayramov
“Növbəti dövrlərdə azalma tempinin artacağı proqnozlaşdırılır. Eyni zamanda Ermənistanın xarici borc asılılığı artmaqdadır. Ermənistanın xarici borcu 5,7 milayrd dollara çatıb ki, bu da ÜDM-ün 54 faizinə yaxındır. Ermənistan xarici borc asılılığına görə regionda ən böyük asılılığa malik olan ölkədir. Digər tərəfdən Qarabağ müharibəsi də Ermənistan üçün əlavə xərclər yaradır. İlkin qiymətləndirmələrə görə müharibə Ermənistana 1,5 milyard dollara yaxın ziyana başa gəlib”.
V.Bayramov qeyd edib ki, Ermənistanın mövcud kiçik potensialı uzun müddətli və orta müddətli dövr üçün müharibəni davam etdirməyə imkanı vermir.
“Əslində Azərbaycan yalnız Qarabağda deyil, iqtisadi baxımdan da Ermənistanı məğlub edir. Birmənalı şəkildə bu üstünlüyümüz qorunub saxlanılacaq. Gözlənilir ki, Dağlıq Qarabağ müharibəsindən, torpaqlarımız tam azad olunduqdan sonra Ermənistanda yeni iqtisadi böhran yaşanacaq. Təbii ki, bu da post-müharibə dövrü üçün Ermənistan iqtisadiyyatında ciddi tənəzüllərin, neqativ dəyişiklərin olacağından xəbər verir. Bu baxımdan mövcud vəziyyət və qiymətləndirmələr növbəti dövrdə Ermənistan iqtisadiyyatı üçün yalnız pessimist proqnozlar verməyə imkan yaradır”, - deyədeputat əlavə edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Ermənistan İqtisadi-böhran