Gömrük Komitəsi büdcəyə 2,9 milyard manat köçürdü

Gömrük Komitəsi büdcəyə 2,9 milyard manat köçürdü
  10 Oktyabr 2020    Oxunub:4510
Cari ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 955 milyon manat olub.
Komitədən Azvision.az -a bildirilib ki, 9 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 741 milyon 11 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 83 milyon 380 min manat, aksizlər üzrə 103 milyon 346 min manat, yol vergisi üzrə isə 27 milyon 492 min manat təşkil edib.

Azvision.az



Teqlər: Gömrük   Büdcə  





Xəbər lenti