Gəncədə raketin düşüdüyü küçənin qazı bərpa olundu

Gəncədə raketin düşüdüyü küçənin qazı bərpa olundu
  13 Oktyabr 2020    Oxunub:1810
Gəncə şəhərində düşmənin raket atəşinə məruz qoyduğu Ələkbər Rəfibəyli küçəsinin təbii qaz təchizatı bərpa olunub.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Xatırladaq ki, raket zərbəsindən sonra oktyabrın 11-də saat 02:15-dən etibarən 200 abunəçinin qaz təchizatı məhdudlaşdırılmışdı. Bunlardan 30-nun yaşayış ünvanı artıq yoxdur. Yerdə qalan 170 abunəçinin isə qaz təchizatı dünən axşam saatlarından tam bərpa edilib.

Azvision.az


Teqlər: Qaz   SOCAR  





Xəbər lenti