Gəncənin enerji təsərrüfatına dəymiş ziyan aradan qaldırılır

Gəncənin enerji təsərrüfatına dəymiş ziyan aradan qaldırılır
  17 Oktyabr 2020    Oxunub:3289
Oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.
ASC-dən Azvision.az -a bildirilib ki, V.Əhmədova hadisə nəticəsində şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən “Azərişıq” ASC-nin əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində V.Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya ilə atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 55 nəfər yaralanıb.

Azvision.az


Teqlər: Azərişıq   ASC  





Xəbər lenti