190 mindən çox abonent qaz limitini keçib

190 mindən çox abonent qaz limitini keçib
  21 Oktyabr 2020    Oxunub:1912
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 9 ayının iqtisadi göstəricilərinə görə bəzi məqamları açıqlayıb.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə ,yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub. Hal-hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.

2019-cu ilin müvafiq dövründən 01.10.2020-ci il tarixinə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Oktyabr ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 %) qazdan güzəştli limit daxilində istifadə edib.


Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti