Ermənistanda spirtli içkilər istehsalında böhran böyüyür

Ermənistanda spirtli içkilər istehsalında böhran böyüyür
  24 Oktyabr 2020    Oxunub:3896
Ermənistanın emal sənayesinin aparıcı sahələrindən biri spirtli içkilər istehsalıdır. Hazırda üzüm şərabları və digər spirtli içkilər istehsalı bu ölkənin iqtisadiyyatında əsas drayver sektorlardan hesab edilir.
2019-cu ildə içkilər, o cümlədən spirtli içkilər üzrə ixracın dəyəri 293 milyon ABŞ dolları olub ki, bu da ümumi ixracda 11 faizi təşkil edib. Beləliklə, Ermənistanda ixracın həcminə görə iqtisadiyyatın bu sektoru 4-cü yerdə qərarlaşıb və buna görə də ölkəyə əsas valyuta gətirən sahələrdən biri hesab olunur.

Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mövzu ilə bağlı şərhini təqdim edir.

2019-cu ildə Ermənistandan əsasən 220820 kodu üzrə 246 milyon dollar dəyərində üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər (konyak, qrappa, brendi və digərləri) ixrac olunub.

Ermənistanda istehsal olunan şərab və digər alkaqollu içkilərin əsas hissəsi (2019-cu ildə 75,1 faizi) ənənəvi olaraq Rusiya Federasiyasına ixrac edilir. Bununla yanaşı, digər ixrac bazarlarına Ukrayna, Belarus, ABŞ, Çin, İsveçrə, Polşa, Fransa və İtaliya aiddir. Ermənistanın alkoqollu içkilər sənayesi davam edən koronavirus (COVID-19) pandemiyasından ciddi şəkildə zərər görüb və 2020-ci il üzrə bu sənayenin inkişafında mənfi bir tendensiya yaşanır.

Ermənistanın Azərbaycana qarşı bu ilin sentyabr ayının 27-də başladığı hərbi təcavüz və Azərbaycan Ordusunun əks-həmlə ilə düşməni geri oturtması həm də bu ölkənin emal sektoru üçün ciddi problemlər yaradıb. Cari ilin 7 ayı ərzində Ermənistanın şərab isehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalıb. Müharibənin təsiri ilə bu böhran daha da dərinləşir. Təbii ki, bu sektorda geriləmə ixracın azalması ilə yanaşı, ölkəyə gələn birbaşa xarici investisiyanın da azalmasına gətirib çıxaracaq. Belə ki, ekspertlərin fikrinə görə, şərabçılıq və digər alkaqollu içkilərin istehsalı Ermənistanda əsas investisiya imkanları olan 5 sahədən biridir. Hazırkı vəziyyət isə ona dəlalət edir ki, bu ölkədə şərab və digər alkaqollu içkilərin istehsalının həcminin bərpa edilməsini hələ uzun müddət ərzində mümkünsüz olacaq. Bu geriləmə nəticəsində Ermənistan həm də xarici bazarlardakı mövqelərini itirəcək.

Onu da qeyd etmək yerinə düşər ki, bu sahədə baş verən istənilər geriləmə, o cümlədən bu sahəni əsas aralıq məhsul ilə təmin edən üzümçülük sahəsinə də mənfi təsir göstərir. Belə ki, üzümçülük məhsullarına tələb azalır və bu da fermərlərin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Ermənistanda kasıb əhalinin önəmli hissəsi kənd yerlərində yaşayır, fermerlərin gəlirlərinin azalması öz növbəsində kənd yerlərində kasıblıq həddinin artmasına gətirib çıxaracaq. Bir sözlə, Ermənistanın işğalçı siyasətinin mənfi təsirlə bu ölkədə iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bu isə ondan xəbər ki, Ermənistanın uzunmüddətli müharibə aparmağa nə resursu, nə də iqtisadi gücü var.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti