Nazirliyin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, oktyabrın 23-24-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Super market”də, Gülbəniz Bədəlovaya, Malik Qəribova məxsus mağazalarda, Nərimanov rayonunda “Spar” mağazasında, Rəsul Rzayevə, İlhamə Səmədovaya məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Butter fly ətir mağazası”nda, Hacımurad Dərmanquliyevə məxsus “Gül dükanı”nda, Xətai rayonunda “Du aksessuar” pərakəndə ticarət obyektində, Mahir Şirinova məxsus “Boya mağazası”nda, Mübariz Əliyevə məxsus marketdə, Nizami rayonunda “Total elektrik avadanlıqları mağazası”nda, “Ağ çiçəyim” pərakəndə ticarət obyektində, Sabunçu rayonunda Vaqif İsrafilova, Rahim Muxtarova məxsus mağazalarda, Suraxanı rayonunda “Al market”də, “Hədiyyələr mağazası”nda, Arif Allahverdiyevə məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Oba market”də, Böyükağa Əliyevə məxsus geyim mağazasında, Xəzər rayonunda “Fidan market”də, Cavid Şahmarova, "Sahil trading” MMC-yə məxsus ticarət obyektlərində, Nəsimi rayonunda "Oil supply” MMC-yə məxsus mağazada, "GP klinik S" MMC-yə məxsus “Diş kabineti”ndə, Səbail rayonunda “Aptek 386”da, Sumqayıt şəhərində “Selam dini geyim mağazası”nda, Şəki rayonunda "Eleqant pərdə mağazası”nda, Məmməd İsayevə, Dəyanət İsmayılovaya, Sahib Kərimova, Tural Beybutova, Arif İsmayılova məxsus mağazalarda, Tural Cəfərova məxsus baytarlıq aptekində, Sabirabad rayonunda Sultan Rüstəmova məxsus “Ehtiyat hissələri mağazası”nda, Həsən Nəsirova məxsus marketdə, Cəlilabad rayonunda Elçin Kərimova, Ramid Mehtiyevə məxsus pərakəndə ticarət obyektlərində, Lənkəran rayonunda Ceyhun Həsənzadəyə, Mahrux Cabbarovaya məxsus mağazalarda, Abşeron rayonunda Hüseynağa Əliyevə, Dünyadur Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Təbriz Dadaşova, Firuz Səfərova məxsus ticarət obyektlərində, ümumilikdə 139 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Azvision.az