Körfəz ölkələrindən ən çox İrana məhsul göndərilib

Körfəz ölkələrindən ən çox İrana məhsul göndərilib
  01 Noyabr 2020    Oxunub:3193
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman qərarlaşıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İrana ixracın dəyəri 30 milyon dollar, BƏƏ-yə 8 milyon dollar, Omana isə 2,1 milyon dollar olub. Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, İran və Omana isə artım müşahidə edilib.

Azvision.az


Teqlər: İran   Statistika   Gömrük   Məhusl  





Xəbər lenti