Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  04 Noyabr 2020    Oxunub:2282
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar artaraq 40,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşaraq 38,58 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 1,56 dollar artaraq 39,31 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti