Nazirliyin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, noyabrın 5-də keçirilən monitorinqlər zamanı Nəsimi rayonunda Aytən Zərbalıyevaya, Xaqan Muradova məxsus mağazalarda, Binəqədi rayonunda Urfan Nəbibəyliyə, Kazım Tarverdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Pulpa dent stomatoloji klinika”da, Ulduz Onullahiyə məxsus tikinti mallarının satışı mağazasında, Nərimanov rayonunda “Mağaza Ramal mebel aksesuarları”nda, Sücəddin Həsənzadəyə məxsus mağazada, Xətai rayonunda Vüsal Heydərova məxsus meyvə-tərəvəz mağazasında, Barat Şükürova məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda Ceyhun Mirzəyevə, Sarvan Bağışova məxsus mağazalarda, Sabunçu rayonunda Xəyyam Rüstəmova, Rəsmiyyə Qulamovaya məxsus dülgər sexlərində, Xəzər rayonunda Atif Fərziyevə, Faiq Dadaşova məxsus mağazalarda, Suraxanı rayonunda Elçin Əsədova, Mehriban Əsədovaya məxsus pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda “Aptek 620”də, "Dokta" MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda “Al market”də, Gəncə şəhərində "Gənclik elektrik-məişət malları mağazası”nda, Sənan Nuriyevə məxsus qızıl satışı mağazasında, Sumqayıt şəhərində Füzuli Məmmədova, Mirheydər Seyidova məxsus mağazalarda, Abşeron rayonunda Lamiyə Orucovaya, Mahir Dünyamalıyevə məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “Sun food” MMC-yə məxsus anbarda, Şəmkir rayonunda Ramin Mehdiyevə, Elvin Əliyevə məxsus mağazalarda, Lənkəran rayonunda Allahverdi Nəzərliyə, Zahir Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Sabir Ağacanova məxsus maye qazdoldurma məntəqəsində, Həmid Abbasova məxsus baytarlıq aptekində, Sabirabad rayonunda Fərhad Abasova, İlqar Ağakişiyevə məxsus mağazalarda, Quba rayonunda Rəşad Baxışova, Günəş Əliyevaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 73 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.
Azvision.az