İnnovasiyalar Agentliyi yeni proqramın icrasına başlayıb

İnnovasiyalar Agentliyi yeni proqramın icrasına başlayıb
  17 Noyabr 2020    Oxunub:1799
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi "İnkubasiya və innovasiya mərkəzlərinin sertifikatlaşması” proqramının I mərhələsinin icrasına başlayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ilkin mərhələdə ali təhsil ocaqları ilə kommunikasiyalar qurulub və orada mövcud infrastrukturun və maddi-texniki bazanın qiymətləndirilməsinə yönlənmiş müvafiq onlayn sorğu aparılıb.

Proqram çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Həmçinin onların koordinatorlarının müvafiq təhsil alması və sertifikatlaşdırılması təşkil olunacaq.

Proses ümumilikdə 4 mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə innovasiya mərkəzlərinin qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə orada çalışan koordinatorların sertifikatlaşdırılması, son mərhələdə isə mərkəzlərin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: NRYTN  





Xəbər lenti