İbrahimbəyovdan Ziyalılar Forumuna yağlı vəd
Forumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev israrla bu qurumun var olduğunu sübut etməyə çalışır. AzVision.az-a açıqlamasında E.Quliyev həmişəki kimi eyni cavabı verib: “Yaxın vaxtlarda toplanacağıq”.
O həmçinin qeyd edib ki, Ziyalılar Forumunun üzvləri ilə telefon vasitəsilə danışıqlar aparılır.
“Digər obkyektiv səbəblər də var ki, bunlardan biri prezident seçkiləri idi. Ziyalılar forumunun əksər üzvləri Milli Şurada təmsil olunurdular. Buna baş qarışmışdı. Mənə elə gəlir ki, çox qısa zaman ərzində bizim bir araya toölaşmaq məsələmizin texniki tərəfi həll olunacaq və yığışacağıq. Ölkədə baş verən əhəmiyyətli siyasi, sosial hadisələrə münasibət bildirəcəyik. Ziyalı sözünə, məsləhətinə möhtac olan çox problemlər var.”
E.Quliyev Rüstəm İbrahimbəyola telefonla əlaqə saxladığını və həm Ziyalılar Forumu, həm də Milli Şura ilə bağlı fikir mübadiləsi apardığını deyib:
“Rüstəm İbrahimbəyovla iki gün əvvəl doğum günü ilə bağlı əlaqə saxlamışam. Mən onunla jurnalsit kimi danışmadığımdan o, mənə şərhlər vermir. Ziyalılar Forumu və Milli Şura haqqında bir neçə kəlmə danışdıq. Bildirdi ki, o, Milli Şuranı monolit, siyasi, ictiami qurum kimi fəaliyyətinə müsbət yanaşır. Və həmişə bir yerdə olacağımızı dedi. Eləcə də vurğuladı ki, Ziyalılar Forumunun fəaliyyət göstərməyi zəruridir”.
R.İbrahimbəyovun Bakıya gəlməyi ilə bağlı isə Eldəniz Quliyev bunları dedi. “Bakıya gələcəyi gözlənilir. Bura onun vətənidir. Ziyalılar Forumun iclasında iştirak edib etməyəcəyi isə məlum deyil, gələ də bilər, gəlməyə də bilər. Ziyalılar Forumu Rüstəm bəy olmadan da toplana bilər”-deyə E.Quliyev özünəxas şəkildə fikir bildirib.
Fatimə Kərimli