“Artıq Şuşaya həyat qayıdır”

“Artıq Şuşaya həyat qayıdır”
  18 Noyabr 2020    Oxunub:2535
"28 ildən sonra Şuşa şəhəri öz doğma adını bərpa etdi. Azərbaycanın incisi sayılan Şuşa şəhəri işğal müddətində baxımsız şəhərə çevrilmişdi. Artıq Şuşaya həyat qayıdır".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Şuşada Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrasına başlanılır.

"Şuşalılar kiçik ailə biznes sahibləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər. Şuşada sahibkarlığın inkişafı ilə bağlı digər proqramların da icrasına başlanılması gözlənilir. Bu o deməkdir ki, çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. Böyük turizm potensialı olan Şuşa şəhəri sürətlə inkişaf edəcək. Doğma adınla əbədi yaşa, Şuşamız!".

Azvision.az


Teqlər: Şuşa   Məşğulluq  





Xəbər lenti