Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? - Açıqlama

 Qızıl yataqları ilə bağlı müqavilə imzalanıb? -    Açıqlama
  19 Noyabr 2020    Oxunub:2919
Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda xəbərlər yayılıb.
Bu barədə Azvision.az-a “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb:

"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilmişdir. Qeyd edək adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb".

Azvision.az


Teqlər: Azərgold  





Xəbər lenti