Novruz Məmmədov Soçidə ermənilərdən yazdı
AzVision.az-ın məlumatına görə, hazırda Soçidə olan N.Məmmədov tvitter səhifəsində bildirib ki, Suriyada belə atəşkəs elan edilsə də ermənilər bu tələbə məhəl qoymadı.
“Olimpiya oyunları insanlardakı saflıq və alicənablığı üzə çıxarır. Olimpiada ilə bağlı hətta Suriyada da atəşkəs elan olunduğu halda, erməni snayperi Azərbaycanlı əsgəri öldürdü. Görünür hamı bu Olimpiadanın prinsiplərinə əməl etsə də, Ermənistan bunu qəbul etmir”-deyə PA rəsmisi düşmən ölkədən şikayətlənib.
Sevinc İltifatqızı