Avropa ABŞ üçün idxal tariflərini ləğv edir

Avropa ABŞ üçün idxal tariflərini ləğv edir
  08 Fevral 2014    Oxunub:1222
Avropa ABŞ üçün idxal tariflərinin 96 faizini ləğv etməyə hazırdır.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Avropa İttifaqının hakimiyyət orqanları ABŞ-dan idxal olunan az qala bütün məhsullara tariflərin ləğv olunmasını təklif etməyə hazırlaşırlar.

Təklif fevralın 10-da Aİ ilə ABŞ arasında ticarət paktı barədə danışıqların növbəti raundu çərçivəsində irəli sürüləcək.

“Reuters” agentliyinin məlumatına görə, ticarət məsələləri üzrə Avropa komissarı Karel de Qyuht fevralın 10-da ABŞ-dan olan idxal mallarına tariflərin 98 faizinin götürülməsi barədə Aİ-nin təklifini elan edəcək.

Avropa Komissiyasının məmurları ABŞ-ın da gömrük əngəllərinin azaldılması istiqamətində müvafiq addımlar atacağına ümid bəsləyirlər.

Aİ iqtisadiyyatının bir sıra sahələrini yeni ticari şərtlərə uyğunlaşdırmaq üçün malların az bir qisminin (3 faiz) tarifləri 3-7 il ərzində tədricən azaldılacaq. Bundan əlavə, Aİ bəzi adda aqrar-sənaye məhsullarına, o cümlədən mal, donuz və toyuq ətinə idxal tariflərini saxlayacaq, özü də həmin məhsulun Aİ-yə gətirilməsi üçün ABŞ-a artırılıb kvotalar təklif olunacaq.

ABŞ və Aİ arasında yeni ticarət paktının imzalanması haqqında danışıqlar rəsmən 2013-cü ilin iyununda başlanıb, ikinci raund 2013-cü ilin noyabrında olub.

Danışıqların yeni raundu fevralın 17-24-də Brüsseldə keçiriləcək.


Teqlər:





Xəbər lenti