“AzerGold”un nizamnamə kapitalı artırıldı

“AzerGold”un nizamnamə kapitalı artırıldı
  25 Noyabr 2020    Oxunub:1669
Nazirlər Kabineti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qərara əsasən, “AzerGold” QSC-nin nizamnamə kapitalı 37 milyon manatdan 62 milyon manata qaldırılıb.

İndiyədək “AzerGold” QSC-nin nizamnamə kapitalı nominal dəyəri 18 manat 50 qəpik olan 2 milyon ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən, artıq nizamnamə kapitalı nominal dəyəri 31 manat olan 2 milyon ədəd adi səhmlərdən ibarət olacaq.

Azvision.az


Teqlər: “AzerGold”  





Xəbər lenti