Qarabağın turizm potensialı beynəlxalq sərgidə

Qarabağın turizm potensialı beynəlxalq sərgidə
  25 Noyabr 2020    Oxunub:1800
Noyabrın 23-24-də Azərbaycan Turizm Bürosu (ATB) Dubayda keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, COVID-19 pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb.

Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər. Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildiriblər.

Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.

Onlar, həmçinin pandemiya dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması məqsədini daşıyan “SAHMAN” proqramı haqda da məlumatlandırılıblar.


Azvision.az


Teqlər: Turizm   Qarabağ  





Xəbər lenti