İctimai Şuranın yeni tərkibi müəyyənləşdi

İctimai Şuranın yeni tərkibi müəyyənləşdi
  26 Noyabr 2020    Oxunub:2161
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, Şuranın keçirdiyi onlayn iclasında növbəti iki il üçün Şuranın yeni üzvləri və sədri seçilib.

Belə ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Şuranın sədri seçilib.

Növbəti iki ildə İctimai Şurada yüzlərlə sahibkarları birləşdirən 15 sahibkarlar assosiasiyası və qeyri-hökumət təşkilatları təmsil olunacaq.

Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti