Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib
  26 Noyabr 2020    Oxunub:1527
Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Palatadan Azvision.az -a verilən məlumata görə, Şura üzvlərinin və Şura yanında komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

- Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsinin müzakirəsi;

- Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi;

- Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinə dair hesabat;

- Auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkil edilməsi;

- Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanmasına dair hazırlanmış hesabat.

Azvision.az


Teqlər: Palata  





Xəbər lenti