Sahibkarlardan investisiya layihələri qəbul olunacaq

Sahibkarlardan investisiya layihələri qəbul olunacaq
  10 Fevral 2014    Oxunub:1253
Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır.
Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

AzVision.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, layihələrdə müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.


Teqlər:





Xəbər lenti