“Müxalifət 20 ildir yalan danışır” – Rəsul Quliyevdən ağır sözlər

“Müxalifət 20 ildir yalan danışır” – Rəsul Quliyevdən ağır sözlər
  10 Fevral 2014    Oxunub:1400
“İnsanların müxalifətə inanmamasının səbəbini onların 20 ildir mütəmadi xalqa yalan danışmasında axtarmaq lazımdır”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Milli Şuradan istefa verən keçmiş ACP lideri Rəsul Quliyev bildirib. Seçkidən sonra müxalifətlə ulduzları barışmayan eks-spiker hesab edir ki, müxalifət üçün ən optimal varianat yalanlara son qoyub geri çəkilməkdir.

O, həmçinin Milli Şura sədri Cəmil Həsənliyə müxalifətə qoşulduğu üçün irad tutub:

“Cəmil müəllim 20 il deyilən yalanların davamçısı olmaq istəyir, hətta onun ulduzu olmağına cəhd edir. Hansı qısqanclıq hansı şəxsi münasibətdən söhbət gedə bilər. Hansı uğurlarına görə müxalifətdən olan kimsəyəsə qısqanmaq olar, fələk oğlu fələk də bundan baş çıxara bilməz.

Cəmil müəllimin xalqa dediyi hər bir cümlə 65 faizlə seçkini uddumdan tutmuş Azərbaycan xalqı mübarizənin yeni mərhələsinə qədəm qoyuba qədər, o cümlədən Rəsul Quliyev 18 avqust mitinqini təşkil edirdi və ya məndən soruşurlar maaşları necə qaldıracaqsan deyirəm 5 nazirin yığdıqlarını əlindən alsam bu problemi bir dəfəlik həll edəcəyəm. Bunların hamısı ağ yalan və gözə kül üfürməkdir”.

R.Quliyev bildirib ki, AXCP Cəmil Həsənlidən qəhrəman obrazı yaratmaq istəyir.

“Hər şeydən yaxşı olar Cəmil müəllimin qəhrəman obrazını yaratmaq üzərində çalışasınız. Mən düzü bilmirəm Cəmil müəllim hansı çıxışında məni baş nazir gətirirmiş, əgər belə bir şey olubsa bu həddən artıq qeyri ciddi bir şeydir.Onun özünün qələbə çalmasına inanması ağla sığmaz bir fantaziyadır”.

Sabiq spiker özlərini ana müxalifət hesab edən AXCP və Müsavat partiyalarını da sərt tənqid edib. Onun sözlərinə görə, bu partiyaların liderləri ölkənin gələcəyini düşünmürlər.

“Özlərini ana müxalifət hesab edən AXCP və Müsavat partiyaları bu günkü liderləri ilə ölkənin gələcəyi üçün düşünürlərmi, əlbəttə yox, kimsə desə bu belə deyil, anektoda oxşayar. Açıq danışaq bu insanların Avropa İttifaqı ölkələri və ABŞ-ın tam dəstəyilə hakimiyyətə gəlmək şansları var, əlbəttə yox. Bu qüdrətli ölkələr kuklaların başçılığı altında heç vaxt ölkə yarada bilməyəcəklərini çox gözəl bilirlər.Və heç vaxtda, heç yerdə yarada bilməyiblər. Ölkədə kənar dövlətlərin istəyi ilə heç vaxt hökümət qurmaq mümkün deyil. Elə bir şey mümkün olsaydı Rusiya 20 il öz ölkəsində saxladığı, Azərbaycanı bir quberniyası kimi görmək istəyən Mütəllibovu 100 dəfə hakimiyyətə gətirərdi. Rusiya Amerika deyil, Azərbaycanla ən uzun sərhədi var, istənilən vaxt içəridə hər şeyi qarışdırar”.

R.Quliyev əlavə edib ki, sabiq prezident Ayaz Mütəllibovun fəaliyyəti dövründə onun xalq arasında hörməti olmayıb.

“Niyə bu işi görmədi, çünki Mütəllibovun xalq arasında hörməti və dəstəyi yox idi. İndi götürün bu liderləri və Mütəllibovla müqayisə edin. Onların hörmət və dəstəyi Mütəllibovdanda qat-qat aşağıdır, bəlkə bu belə deyil, mən bilmirəm. Bu insanlara çıx get demək tək mənim yox, hər bir vətəndaşımızın borcudur. Hökümət onların çıxıb getməsinə nail olmaq üçün hərəsinə bir qəzet bağışlayıb, varlıqlarını həyatda yox qəzetin səhfiələrində göstərirlər”.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti