Azərbaycanda yeni səfirlik açıldı

Azərbaycanda yeni səfirlik açıldı
  10 Fevral 2014    Oxunub:1381
Azərbaycanda Kolumbiya Respublikasının Səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda Kolumbiya Respublikasının Səfirliyi fəaliyyətə başlayıb. Səfirliyin müvəqqəti işlər vəkili Assad Jose Gater Xarici İşlər Nazirliyində qəbul edilib.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub və səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti