17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub
  02 Dekabr 2020    Oxunub:2001
İqtisadiyyat Nazirliyi dekabrın 1-də sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, monitorinqlər zamanı Yasamal rayonunda “Ruzi market”də, Elşən Rüstəmova məxsus xırdavat mağazasında, Sabunçu rayonunda Məmməd Abasquliyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda Zaur Rzayevə məxsus “Tom and Jerry geyim mağazası”nda, “Dokta” MMC-yə məxsus “Aptek və optika”da, Xəzər rayonunda “Elephant electronics mağazası”nda, Alim Abdullayevə məxsus tikinti materialları mağazasında, Səbail rayonunda Rəsul Balayevə məxsus “Qızıl təmiri” obyektində, Suraxanı rayonunda “Zeytun pharmaceuticals” MMC-yə məxsus aptekdə, Xətai rayonunda Famil Süleymanova, Yolçu Kərimova məxsus pərakəndə ticarət obyektlərində, Qaradağ rayonunda Ceyhun Məmmədova məxsus “Telefon aksesuarları satışı” ticarət obyektində, Nərimanov rayonunda “Oba market”də, “Almaz zərgərlik” obyektində, ümumilikdə 17 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər:





Xəbər lenti